Azərbaycanda bu ilin 9 ayı ərzində müsadirə edilən narkotik vasitələrin miqdarı açıqlanıb

Azərbaycanda bu ilin 9 ayı ərzində müsadirə edilən narkotik vasitələrin miqdarı açıqlanıb
# 05 noyabr 2013 08:58 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu - APA. Bu ilin 9 ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2302 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 843 kq 389,435 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 402 kq 046,651 qramı marixuana, 158 kq 635,924 qramı həşiş, 136 kq 058,386 qramı tiryək, 97 kq 417,749 qramı heroin, 49 kq 230,725 qramı digərləri, əlavə olaraq 4800 diazepam həbi təşkil edib. Ümumilikdə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 47,6 faizini marixuana, 18,7 faizini həşiş, 16,2 faizini tiryək, 14,4 faizini heroin, və 5,8 faizini psixotrop maddələr, prekursorlar və digərləri təşkil edir.

Ölkədə “Xaşxaş-2013” şərti ad altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 295 ton 784 kq-dan artıq narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR