«Finca Azerbaijan» istiqrazların yerləşdirilməsinə başlayıb

«Finca Azerbaijan» istiqrazların yerləşdirilməsinə başlayıb
# 01 iyul 2013 07:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Finca Azerbaijan» MMC-nin istiqraz emissiyasının yerləşdirilməsinə başlanılır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. İstiqrazların tədavül müddəti 3 il, gəlirliyi illik 11,5%, faiz ödəniş dövrünün müddəti isə 6 ay təşkil edir. Sözügedən qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Paşa Capital» MMC çıxış edir.

Xatırladaq ki, «Finca Mikro-Finance Holding»in («Finca International», ABŞ) törəmə şirkəti olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR