Bakıda tuneldə qumbara aşkarlanıb - FOTOSESSİYA - VİDEO

Bakıda tuneldə qumbara aşkarlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 noyabr 2013 01:36 (UTC +04:00)

APA-nın məlumatına görə, qumbara tuneldə avtomobillərin hərəkət yoluna qutuda qadın çəkmələri ilə birlikdə qoyulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb ediliblər.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik minatəmizləmə qrupunun komandiri Aydın Əliyevin APA-ya verdiyi məlumata görə, pirotexniklər hadisə yerindən başlıqsız F-1 əl qumbarası aşkarlayıblar. Xilasedicilər ətrafa baxış keçiriblər və heç bir partlayış təhlükəsi qeydə alınmayıb. Tapılan qumbara Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR