FİFA “Qızıl top” mükafatına namizədlərin adlarını açıqladı

FİFA “Qızıl top” mükafatına namizədlərin adlarını açıqladı
# 29 oktyabr 2013 06:35 (UTC +04:00)

Bakı – APA. FİFA “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu ilə mükafatın təsisçisi “France Football”ın birgə tərtib etdiyi siyahıda 23 futbolçu yer alıb.

Bunlar Qaret Beyl (Uels), Luis Suares, Edinson Kavani (hər ikisi Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Andres İnyesta, Xavi (hər ikisi İspaniya), Filipp Lam, Bastian Şvaynştayger, Mesut Özil, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina), Tiaqo Silva, Neymar (Braziliya), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Robin van Persi, Aryen Robben (hər ikisi Hollandiya), Kriştianu Ronaldo (Portuqaliya) və Yaya Turedir (Kot d`İuvar).

Mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı gələn ilin yanvarın 13-də bəlli olacaq.

Qeyd edək ki, son 4 ildə Lionel Messi dünyanın ən yaxşı oyunçusu adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR