Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasından çıxarılıb

Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasından çıxarılıb
# 27 yanvar 2014 07:38 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli qərarında edilən dəyişikliyə əsasən ləğv edilmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi olmuş Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasından tərkibindən çıxarılıb və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibinə daxil edilib.

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə” sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR