Bakıda "Hyundai" markalı minik avtomobili yanıb

Bakıda "Hyundai" markalı minik avtomobili yanıb
# 24 dekabr 2013 23:17 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən axşam daha bir yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR