Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadrlar işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadrlar işlə təmin olunub
# 29 dekabr 2013 12:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadrlarla görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bir ay öncə qurumda aparılan kadr islahatları ilə bağlı boş qalan yerlərin tutulması üçün Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına məktubla müraciət edilib. Onun sözlərinə görə, müraciətdə komissiyanın ehtiyat kadrlarından olan namizədlərin nazirlikdə işlə təmin olunması təklif edilib: “Nazirliyin müraciətinə cavab olaraq komissiya tərəfindən ehtiyatda olan kadrlardan 35 nəfər haqqında bizə məlumat göndərilib. Sosial müdafiə sahəsində dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibədən keçən 16 nəfərin işə qəbulu ilə bağlı əmr imzalanıb. Onların hər biri bu gündən etibarən işə başlayacaqlar”.

Nazir qeyd edib ki, yeni fəaliyyətə başlayan gənc kadrlar üçün ən birinci meyar təmiz və şəffaf olmaqdır: “Dekabrın 1-dən cənab prezident İlham Əliyevin sərəncamı ilə dövlət qulluqçularının maaşı 35% artırılıb. Dövlət qulluqçusu adı yüksək bir addır. Yerlərdə işçilər əhaliyə yüksək, təmənnasız xidmət göstərilməlidir. Azərbaycanda şəffaf təmiz dövlət qulluqçusu adı qorunmalıdır. Bunu hər kəsə göstərib bildirməliyik ki, bu insanlar hər cəhətdən dövlət qulluqçusu üçün seçiliblər. Onlar “Dövlət qulluğu haqqında” qanun və etik normalara çərçivəsində fəaliyyət göstərəsiniz. İnanıram ki, testdən yüksək bal toplayaraq sonradan müsahibədən keçdiyiniz kimi fəaliyyətinizi orqanlarda davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR