İranda 6 siyasi məhbus azadlığa buraxılıb

İranda 6 siyasi məhbus azadlığa buraxılıb
# 14 oktyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 6 siyasi məhbus azadlığa buraxılıb. APA-nın məlumatına görə, onlar əfv edildikdən sonra oktyabrın 12-də Tehranın Evin həbsxanasının 350-ci bəndindən sərbəst buraxılıblar.

APA-nın xəbərinə görə, bunlar Mahmudəli Qulamnejad, Mustafa Badkubeyi, Əli Neməti, Fərzad Ruhi, Məhəmməd İshaqabadi və Bahadur Əlizadədir.

Qeyd edək ki, M.Badkubeyi 2009-cu ildə İranda Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkilərinin nəticələrinə etiraz etdiklərinə görə həbs edilib və 2012-ci il noyabrın 22-də həbsxanada ikən ona 18 ay azadlıqdan məhrum edilməsi ilə bağlı hökmün xəbəri verilib. M.Qumanejad İran Xalq Mücahidləri Təşkilatı (İXMT) əlaqəsinə görə tutularaq 2 il həbs cəzasına məhkum olunub. B.Əlizadə və F.Ruhi hakimiyyətin əleyhinə təbliğat aparmaq və müqəddəsləri təhqir etməkdə günahlandırılaraq müvafiq olaraq 4 və 3.5 il azadlıqdan məhrum ediliblər. Ə.Neməti isə casusluq ittihamı ilə həbs edilib və Tehranın Evin həbsxanasında saxlanılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR