Sabirabadda orta məktəbin ərazisində yanğın olub

Sabirabadda orta məktəbin ərazisində yanğın olub
# 21 fevral 2014 06:59 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR