Bakı-Tiflis-Ceyhan boru kəmərinin təhlükəsizliyini təmin edən xüsusi mühafizə xidmətinin nümayəndələri Gürcüstana səfər ediblər - FOTO

Bakı-Tiflis-Ceyhan boru kəmərinin təhlükəsizliyini təmin edən xüsusi mühafizə xidmətinin nümayəndələri Gürcüstana səfər ediblər - <span style="color: red;">FOTO
# 29 mart 2014 16:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Azərbaycanın Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərinin təhlükəsizliyini təmin edən xüsusi mühafizə xidmətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriliblər ki, nümayəndə heyəti Gürcüstan DİN-in nəzdində fəaliyyət göstərən strateji boru kəmərlərinin mühafizə Departamentində olub.

Gürcüstan tərəfinin nümayəndələri Azərbaycan nümayəndə heyətini rabitə sahəsində 2013-cü ildən həyata keçirilən əhəmiyyətli texnoloji yeniliklərlə və vacib dəyişikliklərlə, eyni zamanda yeni rəqəmsal avadanlıqların işi və digər innovasiya xüsusiyyətləri ilə tanış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR