Məhkəmə “BP”dən 4,5 milyard dollar cərimə tutulmasını qərara alıb

Məhkəmə “BP”dən 4,5 milyard dollar cərimə tutulmasını qərara alıb
# 30 yanvar 2013 02:05 (UTC +04:00)

Bakı-APA. ABŞ məhkəməsi “BP PLC” neft şırkətinin 2010-cu ildə Meksika körfəzində “Deepwater Horizon” platformasında baş vermiş fəlakətə görə məsuliyyəti öz üzərinə götürülməsi ilə bağlı bəyanatını dəstəkləyib. APA-nın məlumatına ğörə, bu barədə “RBK” “Röyters”ə istinadən xəbər verir. Şirkət işçilərin ölməsi və qanunvericiliyin müxtəlif pozuntularına görə 4,5 mılyard dollar ödəməyə hazır olduğunu bəyan edib. “Hakim qərar qəbul edib”, deyə məlumatı məhkəmə nümayəndəsi təsdiq edib.

Xatırladaq ki, faciə Meksika körfəzində “Deepwater Horizon” platformasında 2010-cu ilin aprelində verib. Qəza nəticəsində 11 mütəxəssis ölüb. Ekoloqların hesablamalarına görə, neftçıxarma sistemində 87 gün davam edən sızma nəticəsində açıq dənizə 4,9 milyon barrel neft axıdılmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR