Dow Jones indeksi 0,1%, S&P 500 0,9%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,9%, Nasdaq 1,3% yüksəlib
# 22 aprel 2013 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 14 548 bəndədək, S&P 500 0,9% - 1 555 bəndədək, Nasdaq 1,3% - 3 206 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi «Microsoft», «McDonald’s» və «General Electric» şirkətlərinin müsbət rüblük hesabatlarının açıqlanmasından sonra baş verib.

Avropa fond bazarlarında aprelin 19-da FTSE 100 indeksi 0,7% - 6 287 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,2% - 7 460 bəndədək enib, Fransa CAC-40-ı 1,5% - 3 652 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 421,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3073 (+0,04%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR