ETSN: “Yaxın günlərdə Azərbaycan ərazisindəki çaylarda sululuğun artması gözlənilir”

ETSN: “Yaxın günlərdə Azərbaycan ərazisindəki çaylarda sululuğun artması gözlənilir”
# 30 aprel 2013 09:53 (UTC +04:00)

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidrolou Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Quba-Xaçmaz bölgəsinin ərazisindən axan Qusarçayda sutka ərzində suyun səviyyəsində 9 sm, Vəlvələçayda 1-2 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda 2 sm, Kür çayının Qıraq Kəsəmən məntəqəsində 1 sm artım var: “Daşqın ehtimalı olmasa da, yaxın günlərdə Azərbaycan ərazisindəki çaylarda sululuğun artımı gözlənilir”.

Qeyd edək ki, ölkə ərazisində bu ilki qar ehtiyatı ötən ilki ilə müqayisədə 30-40 faiz azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR