Serbiya səfiri: “Azərbaycan və Serbiya beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir” - FOTO

Serbiya səfiri: “Azərbaycan və Serbiya beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir” - <span style="color: red;">FOTO
# 05 fevral 2013 09:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç deyib.

Səfir qeyd edib ki, Serbiya və Azərbaycan beynəlxalq arenada bir-birini dəstəkləyir: “Hər iki ölkənin beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi prinsiplərinin aliliyi məsələsində prinsipial mövqeyi dəyişməz qalır. Hazırda Azərbaycanla Serbiya arasında münasibətlərin hüquqi bazasını 21 beynəlxalq saziş təşkil edir. Ötən il bu hüquqi baza iki yeni sənədlə - iqtisadi-texnoloji əməkdaşlığa dair, həmçinin Azərbaycanın Serbiya hökumətinə Liq-Prelina magistralının “11-ci dəhliz” hissəsinin tikintisinə 308 milyon avro kredit ayırmasına dair sazişlərlə zənginləşib. Hazırda hüquq-mühafizə orqanları arasında, elm və texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutan layihələr üzərində aktiv iş davam edir”.

Zoran Vayoviç bildirib ki, dövlətlər arasında ticarət dövriyyəsinin həcmində də artım hiss olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 35 milyon dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR