Ramin Mehmanpərəst : “İran-Azərbaycan münasibətlərinin kənar qüvvələrin təsiri altına düşməsinə imkan vermək olmaz”

Ramin Mehmanpərəst : “İran-Azərbaycan münasibətlərinin kənar qüvvələrin təsiri altına düşməsinə imkan vermək olmaz”
# 30 oktyabr 2012 13:41 (UTC +04:00)
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsinə imkan verən bır sıra ortaq tərəflər var: “İran həmin imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə çalışır. Aydın məsələdir ki, bu münasibətin kənar qüvvələrin təsiri altına düşməsinə icazə vermək olmaz. İsrail İranın digər ölkələrlə əlaqələrinə o qədər də təsir etmək gücündə deyil. Ölkələr diqqətli olmalıdır ki, İranla mövcud olan yaxşı münasibətləri fitnələrin və İsrail düşmənçiliyinin təsiri altına düşməsin”.

R. Mehmanpərəst Xəzərin ekoloji durumu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, Xəzərlə bağlı müxtəlif konvensiyalar mövcuddur: “ Onlardan biri bu dənizin ekologiyasının qorunmasıdır. Bunun üçün İran sahilyanı ölkələrlə əməkdaşlıq edərək, Xəzərin ekologiyasının qorunmasını ciddi şəkildə diqqət mərkəzində saxlayır. Bu məsələ dəfələrlə gündəmə gətirilib. Bütün ölkələr Xəzərin çirklənməməsi üçün diqqətli olmalıdır. Çünki bu dəniz sahil ölkələr üçün bir nemət və dəyərli fürsətə çevrilə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR