İsveçrənin Sürix prokurorluğu “erməni soyqırımı olmayıb” deyən türkiyəli nazir haqqında ilkin təhqiqata başlayıb

İsveçrənin Sürix prokurorluğu “erməni soyqırımı olmayıb” deyən türkiyəli nazir haqqında ilkin təhqiqata başlayıb
# 06 fevral 2012 13:33 (UTC +04:00)
Bakı – APA. İsveçrənin Sürix şəhər prokurorluğu Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış haqqında ilkin təhqiqata başlayıb. APA-nın xəbərinə görə, E. Bağışın ötən həftə Sürixdə “Erməni soyqırımı olmayıb. Bu sözlərimə görə qoy gəlib məni həbs etsinlər”, şəklində bəyanat verməsindən sonra İsveçrədəki erməni icması prokurorluğa şikayət edib.

Sürix prokuroru Kristin Braunşveyq (Christine Braunschweig) Türkiyənin “Doğan” xəbər agentliyinə açıqlamasında şikayət əsasında ilkin təhqiqata başladıqlarını söyləyib: “Keçən həftə bizə bu mövzuda şikayət ərizəsi daxil oldu. Ərizədə hörmətli Bağışın İsveçrə Cinayət Məcəlləsinin 261-ci maddəsinə (irqçilik) zidd davrandığı bildirilirdi. Prokurorluğumuz bu ittihamı ciddi qəbul edərək ilkin təhqiqat aparmağa qərar verdi. İndi Egemen Bağışın şikayət ərizəsində qeyd olunan ifadələri söyləyib-söyləmədiyini araşdıracağıq. Onun diplomatik toxunulmazlığa sahib olub-olmadığını müəyyənləşdirəcəyik. Bu araşdırmaların nəticəsində qanuna zidd davranış müəyyən edilərsə və onun diplomatik toxunulmazlığı yoxdursa, barəsində cinayət işi açacağıq”.

E. Bağış isə ilkin təhqiqat yekunlaşdıqdan sonra məsələyə münasibət bildirəcəyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR