Belarusun balet ulduzları Bakıda “Don Kixot” baletinin tamaşasında çıxış edəcəklər

Belarusun balet ulduzları Bakıda “Don Kixot” baletinin tamaşasında çıxış edəcəklər
# 05 noyabr 2012 11:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Noyabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsovu dəvət edib. Kitri partiyasını ifa edəcək Yekaterina Oleynik Belarus Teatrının məşhur solistlərindən biridir. 2011-ci ildə Y.Oleynik yaradıcılıq nailiyyətləri və yüksək professional ustalığına görə Fransiska Skorina medalı ilə təltif edilib. Oleynik, həmçinin Balet artistlərinin Varnada (Bolqarıstan, 2006-cı il), Şanxayda (Çin, 2007-ci il), Budapeştdə (Macarıstan, R.Nuriyev adına müsabiqə), Moskvada (XI Beynəlxalq balet müsabiqəsi, 2009) və Ceksonda (ABŞ, 2010) keçirilən beynəlxalq müsabiqələrinin laureatıdır, 2008-ci ildə “Odilliyanın interpretasiyasına görə” Maya Plisetskaya adına xüsusi prizə layiq görülüb.

Tamaşada Bazil rolunu Belarusun Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Konstantin Kuznetsov ifa edəcək.

Tamaşanın dirijoru isə Belarusun Xalq Artisti, professor Vyaçeslav Voliçdir.
“Don Kixot” baletinin tamaşası Azərbaycan və Belarus Opera və Balet Teatrlarının rəhbərliyi arasında imzalanmış memorandum çərçivəsində baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR