Qazaxıstan Senatının sədri: “Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığı yüksək templə inkişaf edir”

Qazaxıstan Senatının sədri: “Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığı yüksək templə inkişaf edir”
# 08 iyun 2012 08:05 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Qazaxıstan Senatının sədri Kayrat Mami deyib. Senat sədri iki ölkə arasında mal dövriyyəsinin hər il artdığını bildirib. Onun sözlərinə görə, ötən ilin nəticələrinə görə, iki ölkə arasında mal dövriyyəsi 300 milyon dollar təşkil edib.

Qazaxıstan və Azərbaycanın birgə müəssisələrinin olduğunu qeyd edən Kayrat Mani bildirib ki, Bakıda Qazaxıstanın buğda terminalı fəaliyyət göstərir: “Qazaxıstan Azərbaycana buğda, neft məhsulları, avadanlıqları göndərir”.

K. Mani onu da deyib ki, Qazaxıstanda hazırda 130 min azərbaycanlı yaşayır: “Onlar Qazaxıstan vətəndaşıdırlar, öz gələcəklərini Qazaxıstanla bağlayırlar. Qazaxıstandakı Azərbaycan diasporu iki ölkə arasında canlı körpüdür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR