Yunanıstanda 24 saatlıq ümummilli tətil keçiriləcək

Yunanıstanda 24 saatlıq ümummilli tətil keçiriləcək
# 07 fevral 2012 02:46 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın dövlət və özəl sektorlarının ən iri həmkarlar ittifaqları olan ADEDY və GSEE bu gün hökumətlə beynəlxalq kreditorlar «üçlüyü» arasında gözlənilən razılaşmanın əleyhinə ümummilli tətil keçirəcəklər.

Bir müddət əvvəl hökumət Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun 130 milyardlıq kredit paketini almaq üçün bu il ÜDM xərclərini 1,5%, dövlət qulluqçularının sayını isə 15 min nəfər azaltmağa hazır olduğunu bildirib. Bundan əlavə Avrokomissiya, Avropa Mərkəzi Bankı və BVF-dən ibarət «üçlük» Yunanıstandan pensiyaların yığım hissəsini, həmçinin qanunla müəyyən edilmiş minimal əmək haqqını azaltmağı, özəl sektordakı 13-cü və 14-cü maaşları ləğv etməyi tələb edir.

Ənənəvi olaraq tətildə dövlət müəssisələri, məktəblər və universitetlər, xəstəxanalar, banklar və nəqliyyat sektoru iştirak edəcək. Belə ki, bütün ölkədəki qatarlar və Afinadan şəhər ətrafına gedən elektrik qatarları dayanacaqlar. Çoxsaylı yunan adalarına bərələr işləməyəcək. Afinada metro və tramvay yerli vaxtla 10-dan 17-dək, avtobuslar 9-dan 21-dək, trolleybuslar 8-dən 21-dək işləyəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR