Balakən rayon sakinindən narkotik vasitə götürülüb

Balakən rayon sakinindən narkotik vasitə götürülüb
# 15 fevral 2012 09:16 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayon sakinindən narkotik vasitə götürülüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Balakən RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılması istiqamətində Tülü kəndində qeydiyyatda olan, hazırda isə rayonun Mahmalar kəndində qayınatası Bəxtiyar Tinatiyevin evində yaşayan, 1987-ci il təvəllüdlü Dabaxov İlkin Hacı oğlunun yaşadığı evə baxış keçiriblər. Nəticədə İ. Dabaxovun müvəqqəti yaşadığı otaqdan, ona məxsus polietilen torbaya bükülmüş, ümumi çəkisi 230 qram olan qurudulmuş marixuana aşkar edilib. Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR