Azərbaycan paytaxtında piyada keçidinə şübhəli bağlamanın qoyulması barədə polisə məlumat daxil olub

Azərbaycan paytaxtında piyada keçidinə şübhəli bağlamanın qoyulması barədə polisə məlumat daxil olub
# 02 may 2012 16:25 (UTC +04:00)
Bu barədə polisə ərazidə olan vətəndaşlar zəng edərək məlumat veriblər. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, əraziyə xeyli sayda polis və FHN əməkdaşı cəlb olunub. Keçidə giriş bağlanıb, vətəndaşlar ərazidən uzaqlaşdırılıb. Keçid bağlandığından vətəndaşlar avtomobil yolu ilə keçmək məcburiyyətində qalıblar, bu isə nəqliyyatın hərəkətinə çətinliklər yaradıb.

Hazırda şübhəli bağlamada nə olduğu araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR