Azərbaycanlı samboçu Türkiyədə Sambo Federasiyası yaratmaq istəyir - FOTO

Azərbaycanlı samboçu Türkiyədə Sambo Federasiyası yaratmaq istəyir - <font color=red>FOTO</font>
# 09 may 2012 16:08 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı samboçu Qadir Məmmədovun rəhbərlik etdiyi Türkiyə komandası sambo üzrə Avropa çempionatında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya gedəcək. Q. Məmmədov APA-ya açıqlamasında yarışın mayın 17-də başlayacağını deyib: “Avropa Sambo Federasiyası daha əvvəl bizi dəstəkləmək barədə qərar qəbul edib. Keçən ilin noyabrında Litvada keçirilən sambo üzrə dünya çempionatına da dəvət edilmişdik. Bu tədbirlərə dəvət edilməyimiz Türkiyə Sambo Federasiyasını yaratmaq üçün gördüyümüz işlər baxımından da çox əhəmiyyətlidir. Türkiyədə sambo hələ ki yaxşı tanınmır. Məqsədimiz Türkiyə çempionatı keçirərək idmanın bu növünü ölkədə daha da yaymaq və Türkiyə Sambo Federasiyasını qurub rəsmi status qazanmaqdır”.

Q. Məmmədov idmanları daha səmərəli keçirmək məqsədilə İstanbulun Kasımpaşa stadionunda yeni salon icarəyə götürdüklərini və hal-hazırda məşqləri orda keçirdiklərini söyləyib. Sambo üzrə Türkiyədə ilk dəfə çempionat keçirmək üçün maddi dəstəyə ehtiyacları olduğuna diqqət çəkən idmançı, azərbaycanlı iş adamlarına müraciət edib: “Təbii ki, biz sponsor firmanın reklamını edəcək, Türkiyədə və dünyada iştirak edəcəyimiz bütün yarışlarda sponsor firmanın idman paltarlarını geyəcəyik”.

Qeyd edək ki, 1976-cı ildə Ağdamda anadan olan Qadir Məmmədov 1993-cü ildən bəri İstanbulda yaşayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR