Montrö Caz Festivalının piano müsabiqəsində Azərbaycanı Əfqan Rəsul təmsil edir
06 iyul 2012 13:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı (Montreux Jazz Festival) keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, budəfəki festivalda da Azərbaycanın caz ustaları və musiqi kollektivləri iştirak edirlər. Festivalın builki baş sponsorları sırasında Azərbaycan Dövlət Neft Şirkəti də var. Bu münasibətlə bu günlərdə Montrö Caz Festivalının sahibi Klod Nobsun İsveçrədəki evində ARDNŞ tərəfindən ziyafət təşkil olunub. Azərbaycan bayrağı altında keçirilmiş ziyafətdə qonaqlara bakılı aşpazlar tərəfindən milli yeməklərimiz təqdim olunub. Daha sonra gecənin qonaqları festivalın vokalçılar müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Məmmədova və tanınmış pianoçu İsfar Sarabskinin ifalarını dinləyiblər. Festivalın sahibi Klod Nobs azərbaycanlı musiqiçilərin ifasını yüksək qiymətləndirib.
Qeyd edək ki, Montrö Caz Festivalında "Natiq" ritm qrupu, Cəmil Əmirov və "Savab" qrupu da iştirak edir. İyulun 8-də festival çərçivəsində keçiriləcək pianoçuların müsabiqəsində Azərbaycanı Əfqan Rəsul təmsil edəcək.
Qeyd edək ki, Montrö Caz Festivalında "Natiq" ritm qrupu, Cəmil Əmirov və "Savab" qrupu da iştirak edir. İyulun 8-də festival çərçivəsində keçiriləcək pianoçuların müsabiqəsində Azərbaycanı Əfqan Rəsul təmsil edəcək.
Mədəniyyət siyasəti
Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
18:45
10 may 2024
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
14:49
10 may 2024
Baş direktor: Qarşıdakı günlərdə Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq
11:57
10 may 2024
ICESCO-nun baş direktoru: Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək
11:49
10 may 2024