Bakıda mənzildən brilyant oğurlanıb

Bakıda mənzildən brilyant oğurlanıb
# 07 iyul 2012 11:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıdakı mənzillərin birindən brilyant oğurlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda yaşayan Seyfəddin İmanovun mənzilindən pəncərədən girmək yolu ilə 1 ədəd brilyant üzük oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Biləsuvar rayon sakini Şəmsi Qafarov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR