Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO

Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - <font color=red>FOTO</font>
# 07 noyabr 2012 14:23 (UTC +04:00)
Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunmuş səfiri İsmayıl Alper Coşkunu onun öz xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə A. Paşazadə qardaş ölkələr və xalqlar arasında mövcud yüksək səviyyəli əlaqələrin, o cümlədən, dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səfir QMİ sədrinin qardaş xalqlar arasında mənəvi əlaqələrin genişlənməsi istiqamətində səylərini yüksək dəyərləndirdiklərini, Qafqazın dini liderinin bölgədə sülh və əmniyyətin bərqərarı işinə verdiyi şəxsi töhfənin, qarşılıqlı anlaşma yönündə fəaliyyətinin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Səfir A. Paşazadənin Avrasiya Forumunun bu ay baş tutacaq növbəti toplantısına dəvətli olmasının önəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərin daha da dərinləşməsi baxımından qarşılıqlı fayda kəsb etdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR