Ali Məhkəmə Plenumunun iclası keçirilir

Ali Məhkəmə Plenumunun iclası keçirilir
# 17 fevral 2012 07:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, Plenumu məhkəmənin sədri Ramiz Rzayev açıq elan edib. Ali Məhkəmə sədri əvvəlki illərlə müqayisədə ötən il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi səviyyəsinin yüksəldiyini deyib.
Daha sonra Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2011-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilməyə başlanıb.

Qeyd edək ki, Plenumun iclasında Ali Məhkəmənin bütün kollegiyalarının 2011-ci ildəki fəaliyyətləri barədə hesabatları dinləniləcək. Bundan başqa, iclasda cinayət və mülki işlərə baxılacağı da gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR