Azərbaycanda özünə qəsd etmiş əsgərin xidmət etdiyi hərbi hissənin komandiri işdən çıxarılıb, bölük komandiri isə həbs edilib

Azərbaycanda özünə qəsd etmiş əsgərin xidmət etdiyi hərbi hissənin komandiri işdən çıxarılıb, bölük komandiri isə həbs edilib
# 14 fevral 2012 08:55 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri mayor Əhmədov Etibar İsabala oğlu xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Məcidov Vüqar Yadigar oğlunun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb. Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri, baş leytenant Babayev Nihad Nizami oğlu da tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR