Azərbaycan Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilərin hazırlanmasına başlanıb

Azərbaycan Turizm İnstitutunda beynəlxalq sertifikatlı bələdçilərin hazırlanmasına başlanıb
# 24 aprel 2012 08:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İngilisdilli bələdçilərin daha da təkmilləşməsi üçün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu (ATİ) və Almaniyanın GİZ təşkilatının dəstəyi ilə 3 mərhələdə keçirilməsi planlaşdırılan təlimlərə start verilib. ATİ-dən APA-ya verilən məlumata görə, təlimlərin ilkin mərhələsi bu gün Turizm İnstitutunda başlayıb. Bir həftə davam edəcək təlimləri Turizm Bələdçiləri Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı bələdçisi xanım İvana Curuvija aparır. 12 iştirakçı əsasən bələdçi fəaliyyəti ilə bağlı dünya standartları və yeniliklərlə tanış olacaq. Təlimləri uğurla başa vuran iştirakçılar Turizm Bələdçilər Assosiasiyası Dünya Federasiyasının beynəlxalq sertifikatlı üzvlüyünə qəbul ediləcəklər.

Təlimlərin ikinci mərhələsi Bakı Turizm İnformasiya Mərkəzində 26-28 aprel tarixlərində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR