Azərbaycanda II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanı başa çatıb

Azərbaycanda II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanı başa çatıb
# 03 avqust 2012 11:23 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabahdan etibarən cavab kartlarının emalına başlanacaq. Hazırda müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılır. Saat 19.00-da isə “Space” telekanalında canlı yayımlananan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq.

İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. II ixtisas qrupu üzrə imtahan verən abiturieyntlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR