İranda toyuq əti almaq üçün böyük növbələr yaranıb - FOTO

İranda toyuq əti almaq üçün böyük növbələr yaranıb - <font color=red>FOTO</font>
# 20 iyul 2012 13:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda toyuq ətinin qiymətinin gündən-günə qalxması hökumətin bazara müdaxilə etməsinə səbəb olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran hökuməti bazarlara 54 min ton toyuq əti göndərib. Nəticədə qiymətlərdə cüzi azalma qeydə alınıb. Belə ki, toyuq ətinin bir kiloqramının qiyməti 7600 tüməndən 7000 tümənə, təxminən 3.5 ABŞ dollarına düşüb. Bu da toyuq əti satılan mağazaların qarşısında böyük növbələrə səbəb olub. Yüzlərlə insan toyuq əti almaq üçün sırada dayanıb. Qeyd edək ki, hökumətin müdaxiləsi ilə toyuq ətinin qiymətinin enməkdə davam edəcəyi bildirilir. İranda toyuq ətinin qiyməti son bir ildə 3 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR