Avropa Parlamentinin nümayəndə heyətinin İrana səfər tarixi dəqiqləşib

Avropa Parlamentinin nümayəndə heyətinin İrana səfər tarixi dəqiqləşib
# 24 oktyabr 2012 12:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Parlamentinin nümayəndə heyəti oktyabrın 27-də İrana bir həftəlik səfər edəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran rəsmiləri ilə müzakirələr aparmaq istəyən heyətin Tehrana səfəri dəqiqləşib.

Səfər proqramında avropalı nümayəndələrin oktyabrın 29-da Kipr Respublikasının İrandakı səfirliyində Kiprin milli günü münasibətilə keçiriləcək tədbirdə iştirakı da nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR