Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı bəlli olub

Bolqarıstan baş nazirinin Azərbaycana səfərinin proqramı bəlli olub
# 17 aprel 2012 08:30 (UTC +04:00)
APA-nın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 26-da Azərbaycana gələcək B. Borisovun başçılıq etdiyi nümayəndə heyətində regional inkişaf naziri Liliana Pavlova, nəqliyyat naziri İvaylo Moskovski, daxili işlər naziri Svetan Svetanov, iqtisadiyyat və enerji naziri Delyan Dobrev təmsil olunacaq.

Səfər zamanı B. Borisov Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Artur Rəsizadə ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr və Xəzər regionundan təbii qazın Avropaya nəqli məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, B. Borisovun Azərbaycana səfəri daha əvvəl aprelin əvvəlinə planlaşdırılmışdı. O, aprelin 1-3-də Gürcüstan və Ermənistanda səfərdə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR