Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: “Macar xalqı azərbaycanlıları yaxşı anlayır”

Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: “Macar xalqı azərbaycanlıları yaxşı anlayır”
# 06 iyun 2012 15:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, dinamik inkişafına görə Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsidir: “Ancaq regiondakı Dağlıq Qarabağ münaqişəsi bölgənin tərəqqisinə, o cümlədən avroatlantik strukturlara inteqrasiya proseslərinə maneçilik törədir. Biz inanırıq ki, beynəlxalq birliyin, o cümlədən Macarıstanın dəstəyi ilə münaqişə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapacaq”.
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Marton Cöncösi isə deyib ki, Azərbaycan Cənubi Qafqazda Macarıstanın strateji tərəfdaşıdır və onun ölkəsi ikitərəfli münasibətləri daha da dərinləşdirmək niyyətindədir. Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq problemlə əlaqədar Azərbaycanın üzləşdiyi çətinlikləri yaxşı başa düşdüyünü söyləyib: “Ötən əsrin əvvəlində Macarıstan da oxşar problemlərlə üzləşib. Bu baxımdan macar xalqı azərbaycanlıları yaxşı anlayır, problemin tezliklə aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır”.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR