ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
# 23 aprel 2012 20:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ İranda insan haqlarının pozulmasında hakimiyyətə internet və digər informasiya texnologiyaları vasitəsilə yardım edən şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama açıqlama verib. O bildirib ki, yeni sanksiyalar insanlığa qarşı və hərbi cinayətkarlıqla mübarizə məqsədilə qəbul olunub: “Sanksiyaya məruz qalanlar ABŞ-a səfər edə bilməyəcəklər. Həmçinin onların bank hesabları dondurulacaq, ABŞ şirkətləri ilə əməkdaşlıq etmək qadağan olunacaq”. Hələlik sanksiyaya məruz şirkətlərin və şəxslərin adları açıqlanmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR