Bakıda gömrük əməkdaşları üçün seminar keçirilib

Bakıda gömrük əməkdaşları üçün seminar keçirilib
# 28 fevral 2012 13:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 27-28-də Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Dövlət Gömrük Komitəsi ilə birlikdə Komitənin əməkdaşları üçün «Əmtəə nişanlarının qorunması – saxta məhsullarla mübarizə» mövzusunda seminar təşkil edib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, seminarda Dövlət Gömrük Komitəsinin aparatı, struktur bölmələri və yerli gömrük orqanlarının 40 nəfər əməkdaşı iştirak edib.

Seminar çərçivəsində Gömrük Komitəsinin əməkdaşları saxta məhsulların müəyyən edilməsi üsulları barədə məlumatlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR