Əli Əkbər Salehi: Hər hansı bir hərbi müdaxilə zamanı qurunun oduna yaş da yanar

Əli Əkbər Salehi: Hər hansı bir hərbi müdaxilə zamanı qurunun oduna yaş da yanar
# 04 fevral 2012 18:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Qərbə ciddi xəbərdarlıq edib. APA-nın məlumatına görə, o bildirib ki, Qərb Fars körfəzinə istiqamətlənmiş heç bir macəra axtarışına çıxmasın, çünki hər hansı bir hərbi müdaxilə zamanı qurunun oduna yaş da yanar. Qərbin İrandan neft idxalına sanksiya tətbiq etməsini səhv bir addım kimi qiymətləndirən Ə. Salehi Hörmüz boğazının bölgədəki bütün ölkələrə aid olduğunu deyib: “Hansısa xarici qüvvə bu boğazın təhlükəsizliyindən kimin məsul tutulmasını təyin edə bilməz. Biz bölgədəki qardaş ölkələrə birlikdə Fars körfəzində təhlükəsizliyi təmin etməyi tövsiyə edirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR