“əl-Ərəbiyyə” telekanalı: “İranlı nüvə alimi İsrailin sifarişi ilə deyil, İranın xüsusi xidmət orqanları tərəfindən qətlə yetirib”

“əl-Ərəbiyyə” telekanalı: “İranlı nüvə alimi İsrailin sifarişi ilə deyil, İranın xüsusi xidmət orqanları tərəfindən qətlə yetirib”
# 24 may 2012 23:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranlı nüvə alimi, professor Məsudəli Məhəmmədi İsrailin sifarişi ilə deyil, İranın xüsusi xidmət orqanları tərəfindən qətlə yetilib. APA-nın məlumatına görə, bu barədə “əl-Ərəbiyyə” telekanalı xəbər yayıb. Bildirilib ki, M. Məhəmmədi İranı tərk edərək Qərbə qaçmaq niyyətində olub. Onun bu istəyindən xəbər tutan İranın xüsusi xidmət orqanlarının əməkdaşları alimin ölkədən çıxmasının qarşısını almaq üçün qətlə yetiriblər.
Qeyd edək ki, İran M. Məhəmmədinin İsrailin xüsusi xidmət orqanlarının sifarişi ilə Məcid Camal Faşi tərəfindən qətlə yetirildiyini bildirib. İsrailə casusluqda və alimin ölümündə təqsirləndirilən 24 yaşlı İran vətəndaşı M. C. Faşi mayın 15-də edam edib.
Məhəmmədi 2010-cu ilin yanvarında Tehranın mərkəzində avtomobilinin yanındakı motosikletin partladılması nəticəsində həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR