Turizm İnstitutunda reklam və marketinq bölümü açılacaq

Turizm İnstitutunda reklam və marketinq bölümü açılacaq
# 30 mart 2012 10:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Turizm İnstitutunda (ATİ) reklam və marketinq bölümü açılacaq. APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bununla bağlı artıq ATİ-nin rektoru məlumatlandırılıb və yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Ə. Qarayev ölkədə reklamçılıq sahəsinin inkişafı üçün ali təhsilin vacibliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR