Bakıda keçirilən Beynəlxalq Caz Festivalına yekun vurulub
26 oktyabr 2012 08:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalına yekun vurulub. APA-nın məlumatına görə, festivalın sonuncu günü Bakı Caz Mərkəzində azərbaycanlı musiqiçilərin konserti keçirilib. Konsertdə saksofonda Zaur Mirzəyev, bassda Ruslan Hüseynov və Rəfael Bünyatov, pianoda Əfqan Rəsul, zərb alətlərində Elvin Bəşirov çıxış ediblər. Tamaşaçılar həmin gün maraqlı caz kompozisiyaları və improvizələri canlı dinləmək imkanı qazanıblar.
Qeyd edək ki, Bakıda ənənəvi keçirilən Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutub. 10 gün ərzində Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış ediblər.
Festivalda Mayk Stern (ABŞ), Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu ( ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Tünzalə Ağayeva, Tofiq Cabbarov, Əfqan Rəsul, Elçin Şirinov, Zaur Mirzəyev, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri və əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xoru və digər caz ifaçılarının çıxışı caz sevərlər tərəfindən sevinclə qarşılanıb.

İncəsənət
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi Kimliyimiz" layihəsi başa çatıb - FOTO
21:02
23 may 2024
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib - FOTO
23:08
22 may 2024
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" layihəsi çərçivəsində sərgi keçirilib - FOTO
12:43
22 may 2024
Latviya Seyminin sədri: Şuşa yenidən doğulacaq - FOTO
17:49
21 may 2024