İsveç Azərbaycanlılar Konqresi İran rejiminin Azərbaycanın daxili işlərinə müdaxiləsinə etiraz olaraq Stokholmda aksiya keçiriblər

İsveç Azərbaycanlılar Konqresi İran rejiminin Azərbaycanın daxili işlərinə müdaxiləsinə etiraz olaraq Stokholmda aksiya keçiriblər
# 21 may 2012 08:12 (UTC +04:00)
Bakı-APA. İsveç Azərbaycanlılar Konqresinin üzvləri İran rejiminin Azərbaycanın daxili işlərinə qarışmaq siyasətinə, iranlı siyasətçilərin Azərbaycanın ünvanına səsləndirdikləri fikirlərə etiraz olaraq Stokholmda aksiya keçiriblər. Konqresdən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları İran rejimindən bu ölkədə yaşayan azərbaycanlılara öz dillərində təhsil hüququ verməyi tələb ediblər. İsveç Azərbaycanlıları Konqresi hesab edir ki, İran hakimiyyətinin Azərbaycan əleyhinə səsləndirdikləri fikirlər, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanla dostluq münasibətləri Azərbaycanla İran xalqları arasında mədəni və tarixi münasibətlərə ciddi zərbə vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR