Salyan sakinin evində xeyli miqdarda narkotik maddə və silah-sursat aşkarlanıb

Salyan sakinin evində xeyli miqdarda narkotik maddə və silah-sursat aşkarlanıb
# 26 mart 2012 09:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda narkotik alverçisi həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Salyan şəhər sakini Elsevər Xəlilbəyli tutulub.

Onun evinə baxış zamanı oradan 193 qram heroin, 101 qram tiryək, 1 kiloqram 294 qram həşiş, 1 ədəd bıçaq, 13 ədəd birdəfəlik şpris, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR