Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər aşkar edilib - YENİLƏNİB

Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər aşkar edilib - <font color=red>YENİLƏNİB</font>
# 20 sentyabr 2012 06:58 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Balakən rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin (DİN) Zaqatalada yerləşən Daxili Qoşunlarının əməkdaşları birgə qoruqda özbaşına bitmiş və xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər olan ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində qoruğun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində, dağlıq meşə zolağında hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, ümumi çəkisi 107 kiloqram, 94 ədəd narkotik bitki hesab edilən çətənə kolu aşkar edilib. Narkotik tərkibli bitki istintaqa təhvil olunmaq üçün ərazidən yığılaraq götürülüb. Faktla bağlı Balakən rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi də faktla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirir.

Bu ilin may-avqust aylarında həyata keçirilmiş mütəmadi reydlər zamanı bir neçə dəfə qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilib.

Belə ki, qoruğun ərazisində keçirilmiş reydlər zamanı Gərəkli sahəsinin 3, 4, 5, 6 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunub. Bununla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilib, həmçinin hadisə yerində saxlanılmış təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon Polis Şöbəsinə təhvil verilmişdir.

Qeyd edək ki, aşkar olunmuş faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizə yegeri tutduqları vəzifədən azad olunub.

Bu cür halların baş verməsinin qarşısını almaq üçün ETSN tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilib.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR