Azərbaycan paytaxtında sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Azərbaycan paytaxtında sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var
# 21 fevral 2012 07:35 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə dünən axşam saatlarında Nizami rayonunda, Qara Qarayev metrosunun yaxınlığından qeydə alınıb. 12 saylı marşrut üzrə hərəkət edən “Mercedes” markalı avtobus minik avtomobili ilə toqquşması nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə avtobusda olan sərnişin, 1972-ci il təvəllüdlü Ağayeva İncilə Ələkbər qızı aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. 20-yə yaxın sərnişin isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR