«Azərsığorta» son bir ildə yığımlarını 24% artırıb

«Azərsığorta» son bir ildə yığımlarını 24% artırıb
# 18 sentyabr 2012 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Şirkətinin bu ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 21,777 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 24% çoxdur.

Şirkətin baş mühasibi Asif İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta ödənişləri 7,8% artaraq 3,786 mln. manata çatıb.

Bu müddət ərzində ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (4,178 mln. manat), «Fərdi qəza və bədbəxt hadisələrin sığortası» (1,049 mln. manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (0,455 mln. manat) növləri üzrə toplanılıb. Bu növlərin ümumi daxilolmalarda payı isə müvafiq olaraq 19%, 4,8% və 2,1% təşkil edib.

A.İsmayılovun sözlərinə görə, qeyd olunan dövr ərzində şirkət tərəfindən «Fərdi qəza və bədbəxt hadisələrin sığortası» üzrə 249,7 min manat, «Əmlakın yanğından və digər risklərdən sığortası» üzrə 66 min manat, «Məsuliyyət sığortası» 338,5 min manat həcmində ödəniş aparılıb.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Şirkəti 1991-ci ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR