Azərbaycan prezidenti İlham Əliyev Estoniya parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Estoniya parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 28 iyun 2012 13:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirilməsi, ölkələrimizin, eyni zamanda, Avropa Birliyi çərçivəsində əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR