MTRŞ sədri AŞ-a üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatının illik toplantısında iştirak edəcək

MTRŞ sədri AŞ-a üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatının illik toplantısında iştirak edəcək
# 29 may 2012 10:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mayın 30-dan iyunun 2-dək Sloveniyanın Portoroj şəhərində televiziya və radio yayımı üzrə Avropanın nüfuzlu "EPRA" (European Platform of Regulatory Authorities - Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatı) təşkilatının illik toplantısında iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov bildirib. Hazırda 42 Avropa dövlətindən 51 tənzimləyici orqan "EPRA" təşkilatının üzvüdür. MTRŞ isə 2007-ci ilin oktyabrın 24-dən "EPRA"da təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR