Dünyanın ən zəngin adamı 3 ay ərzində 3,6 mlrd. dollar qazanıb

Dünyanın ən zəngin adamı 3 ay ərzində 3,6 mlrd. dollar qazanıb
# 11 aprel 2012 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən zəngin adamı olan meksikalı Karlos Slimin varidatı ötən ilin sonundan bəri 13% artaraq 72,64 mlrd. dollara çatıb.

APA-Economics”in Meksika mətbuatına istinadən xəbərinə görə, 2011-ci ilin dekabr ayında “Forbes” jurnalı K.Slimin sərvətini 69 mlrd. dollar civarında qiymətləndirib və nəticədə o, ardıcıl üçüncü ildir dünyanın ən varlı adamı seçilib.

Ekspertlərin fikrincə, K.Slimin varidatının artmasına Meksika maliyyə bazarında yaranmış əlverişli şərait və Meksikanın əsas ticarət tərəfdaşı olan ABŞ-da iqtisadi fəallığın artması səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR