Qırğızıstan “Manas” hərbi bazasının İrana qarşı istifadəsinə imkan verməyəcək

Qırğızıstan “Manas” hərbi bazasının İrana qarşı istifadəsinə imkan verməyəcək
# 27 fevral 2012 07:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Qırğızıstan “Manas” hərbi bazasının İrana qarşı hərbi müdaxilə üçün istifadəsinə imkan verməyəcək”. APA-nın məlumatına görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev deyib. O bildirib ki, ABŞ Qırğızıstan torpaqlarını və “Manas” hərbi bazasını tərk etməlidir: “Bu, bizim qəti qərarımızdır. Manas aerodromu mülki hava limanıdır. Ona görə də əcnəbi hərbçilərin orada olmasına qarşıyıq”.

Qeyd edək ki, bundan əvvəl də A. Atambayev “Manas” hərbi bazası ilə bağlı vaxtilə ABŞ-la Qırğızıstan arasında imzalanmış müqavilənin uzadılmayacağını bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR