DAK-da yeni təyinatlar olub

DAK-da yeni təyinatlar olub
# 18 may 2012 14:55 (UTC +04:00)
Bakı – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncamlar imzalayıblar. DAK-dan APA-ya verilən xəbərə görə, DAK İdarə Heyətinin üzvü Vaqif Arzumanlı beynəlxalq məsələlər üzrə müavin, DAK İdarə Heyətinin üzvü Xəzər Emin mədəniyyət və humanitar məsələlər üzrə müavin, Siyavuş Mustafayev Qarabağ məsələləri üzrə müşavir və Alparslan Çöhrəqanlı DAK Gənclər Təşkilatının Avropa üzrə səlahiyyətli nümayəndəsi təyin ediliblər.

Bundan əlavə, DAK İdarə Heyətinin üzvləri – Eldar Qaradağlı Avropa, Esmira Əsgərova ABŞ, Babək Muğanlı Güney Azərbaycan (İran), millət vəkili Əkrəm Fevzi Tərzioğlu İraq, millət vəkili Atilla Kaya Türkiyə, Esmira Əsədova Kanada, Rəşad Xasayoğlu İsveçrə, Möhlət Hüseynov Ukrayna, Elza Dəmirdağ Şimali Kipr Türk Cümhuriyyəti və Ağası Hun Moldova nümayəndəliklərinin rəhbərləri təyin olunublar.

Qeyd edək ki, yaxın günlərdə bir sıra ölkələr üzrə də nümayəndələr təyin ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR