Rusiya XİN-i rus hərbi qüvvələrinin Türkiyə qırıcı təyyarəsinin vurulmasında iştirakı ilə bağlı məlumatı cəfəngiyat adlandırıb

Rusiya XİN-i rus hərbi qüvvələrinin Türkiyə qırıcı təyyarəsinin vurulmasında iştirakı ilə bağlı məlumatı  cəfəngiyat adlandırıb
# 01 oktyabr 2012 23:39 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyanın Tartus limanındakı rus hərbi qüvvələrinin Türkiyə qırıcı təyyarəsinin vurulmasında iştirakı ilə bağlı iddialara münasibət bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu iddiaları “cəfəngiyat” adlandırıb: “Bu cəfəngiyata şərh verməyə belə dəyməz. Təəssüflər olsun ki, cavab vermək məcburiyyətindəyik. “Əl-Ərəbiya” telekanalının xəbərləri arasında sadəcə Rusiya deyil, eyni zamanda İran, Suriya lideri Bəşər Əsəd, Hizbullah və PKK-nın da adı çəkilir. Bu zərərli fantaziyalar “Ria Novosti”nin rəsmi internet səhifəsindən və bir sıra qaynaqlardan əldə edilib. Kəşfiyyat olduğu iddia edilən “gizli sənədlər”dən “Ria Novosti” loqotipi belə silinməyib...
Dünya ictimaiyyəti Suriyadakı hadisələrlə bağlı bəzi ərəb mətbuatında yer alan yalan xəbərlərə artıq öyrəşib”.
Qeyd edək ki, “Əl-Ərəbiya” kanalı Suriyada vurulan Türk təyyarəsinin Tartusdakı Rusiya hərbi hissələri tərəfindən vurulduğu barədə gizli sənədlərin əldə olunduğu barədə məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR